AZ

Məzunların 90%-i işlə təmin olunub

Qərbi Kaspi məzunları əmək bazarında liderdir

Qərbi Kaspi Universiteti tələbələrinin bilik və bacarıqlarının inkişafına xüsusi önəm verir. Tədris prosesi elə qurulub ki, tələbələr həm dil biliklərini, həm də praktiki vərdişlərini təkmilləşdirir, beynəlxalq təcrübə qazanmaq imkanı əldə edirlər.
Bir çox nüfuzlu xarici ali təhsil ocaqları ilə əməkdaşlıq çərçivəsində tələbələrə ikili diplom proqramları təklif edir.
Ölkə daxilində və beynəlxalq səviyyədə fəaliyyət göstərən onlarla şirkət, təşkilat və dövlət qurumu ilə sıx əməkdaşlıq edir.
Tələbələr təcrübə keçdikləri müəssisələrdə özlərini uğurla təsdiq edir və çox zaman daimi işlə təmin olunurlar.
Xüsusilə Psixologiya və İnformasiya Təhlükəsizliyi ixtisaslarını seçən tələbələr yüksək qəbul balları, analitik düşünmə qabiliyyəti və güclü akademik bilikləri ilə fərqlənirlər. Bu sahələr üzrə qazandıqları bilik və təcrübə onlara gələcəkdə uğurlu və sabit karyera qurmaq üçün geniş imkanlar yaradır.
Məhz bu səbəbdən Qərbi Kaspi Universitetinin məzunları həm Azərbaycanda, həm də dünyanın aparıcı şirkət və qurumlarında uğurla fəaliyyət göstərir, əmək bazarında lider mövqedədirlər.
Bu göstəricilər Qərbi Kaspinin keyfiyyətli tədris sistemi, əmək bazarı ilə sıx əlaqələri və tələbələrə göstərdiyi karyera dəstəyi ilə bağlıdır.
Universitetin əsas məqsədi gələcəyin liderlərini formalaşdırmaqdır.
Seçilən
26
yenilik.az

1Mənbələr