Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Şəki-Qax yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 30-da gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-HR-112 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq kanala aşıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün yoluna qəfil heyvanın çıxması olub. Nəticədə idarəetməni itirən sürücü maşını kanala aşırıb. Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşsə də, sürücü xəsarət almayıb.
Qeyd edək ki, qəzanı törədən şəxs tanınmış “YouTuber” Toğrul Əhməddir.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.