AZ

Slovakiyada piyada səkilərində sürət limiti: Bu, Azərbaycanda tətbiq oluna bilərmi?

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Slovakiyada qəbul olunan yeni qanuna görə, piyada səkilərində hərəkət sürətinə limit qoyulacaq. Belə ki, hərəkət edən şəxsin sürəti saatda 6 kilometrdən artıq olmamalıdır.  

Son günlər xüsusi ilə piyada ölümləri ilə bağlı yayılan videogörüntülərin də sayının çoxaldığını da nəzərə alsaq, Azərbaycanda səkidə hərəkət edən piyada və alternativ nəqliyyat istifadəçiləri üçün sürət məhdudiyyəti tətbiq etmək praktik olarmı? 

Qaynarinfo-ya mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, belə məsələlərlə bağlı müəyyən qayda-qanunun qəbul edilməsi zamana bağlı məsələdir:

"Hər bir ölkənin özünə məxsus qaydaları var. Belə bir qənaətə gəlmək olar ki, 6 km/saat-dan artıq hərəkət məhdudiyyəti yalnız park və xiyabanlarda mümükündür. İnsanlar yalnız həmin ərazilərdə sürətlə hərəkət edə bilirlər. 

Məlum məsələdir ki, Slovakiya və digər Avropa ölkələrində səkilərdə skuterlərin, mopedlərin, digər texniki nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Azərbaycanda da bu istiqamətdə addımların atılacağı gələcəkdə yəqin ki, baş verə bilər. Amma hazırda belə bir qərarın verilməsi real görünmür”. 

Ekspert bildirib ki, şəhərdə səkilərin dar və məhdud olması piyadalar üçün narahatlıq yaradır:

"Daha təhlükəli məqam isə bəzi insanların səkidə yox, avtomobillərin hərəkət etdiyi yollarda gəzərək həm özlərini, həm də sürücüləri riskə atmasıdır”.

Günay İlqarqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
qaynarinfo.az

1Mənbələr