Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qərbdə müzakirə olunan “Ukraynadakı münaqişənin dayandırılması planı” real nizamlama ilə heç bir əlaqəsi olmayan və hərbi əməliyyatların uzadılmasına yönəlmiş sənəddir.
Ölkə.az "izvestiya"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu layihə ilə qısa tanışlıq belə, birmənalı nəticə çıxarmaq üçün kifayətdir: nə Avropa paytaxtlarında, nə də Kiyevdə Ukrayna böhranının ədalətli və dayanıqlı şəkildə həll edilməsi barədə düşünmürlər. Onlar hələ də müharibə kateqoriyaları ilə düşünürlər,” - deyə Zaxarova vurğulayıb.
Nazirliyin qeyd etdiyinə görə, sənəddə əsas diqqət atəşkəsin tezliklə elan edilməsinə və mövcud təmas xəttinin dondurulmasına yönəlib. Layihədə həmçinin Kiyevin təhlükəsizlik zəmanətləri, Avropa İttifaqına (Aİ) sürətlə üzvlük, infrastrukturun bərpası üçün vəsait ayrılması və Zaporojye Atom Elektrik Stansiyasının Ukraynanın nəzarətinə verilməsi ilə bağlı tələbləri yer alıb.
“Onlar üçün əsas məqsəd Rusiyanın, Ukraynadakı rusdilli əhalinin qanuni maraqlarını nəzərə alan və Avropada, eləcə də ümumilikdə dünyada təhlükəsizlik balansının bərpasına töhfə verə biləcək real sülh prosesinin başlanmasına imkan verməməkdir,” - deyə Zaxarova əlavə edib.
Həmidə İbrahimova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.