AZ

Çin VI nəsil qırıcı təyyarəsini təqdim etdi Video

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Çin mövcud V nəsil təyyarələrdən xeyli böyük və ağır olan yeni VI nəsil qırıcı təyyarəsi J-36-nı təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Məlumata görə, yeni təyyarənin uzunluğu təxminən 23 metr, çəkisi isə 45-54 ton arasındadır:

“Müqayisə üçün J-20-nin çəkisi 34 tondan 37 tona qədər dəyişir, Rusiya Su-57-nin isə tam sursatla birlikdə çəkisi 37 tondur. Artıq sınaq uçuşları həyata keçirən perspektivli təyyarənin nümayişi ABŞ və onun Cənub-Şərqi Asiyadakı müttəfiqlərinə qarşı siyasi jestdir. J-36 müasir qırıcılar üçün qeyri-adi bir quruluşa malikdir, ənənəvi iki mühərrik əvəzinə üç mühərriki var. Bu dizayn təyyarənin daha yüksək sürətə çatmasına və ağır döyüş yüklərini daha uzun məsafələrə daşımasına imkan verəcək. Bununla belə, bu, yanacaq sərfiyyatını artıracaq və texniki xidməti çətinləşdirəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
axar.az

1Mənbələr