AZ

Amerika türklərə vizanı asanlaşdırır?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin Ankaradakı səfiri Tom Barrak, Türkiyədə viza görüşlərinin artıq daha qısa müddətdə veriləcəyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Barrak "X"  hesabında paylaşdığı mesajda belə deyib: “Türkiyədəki viza görüşlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və qısaldırıq”.

O, açıqlamasının davamında əlavə edib: “Təhlükəsizlik və yoxlama standartlarını qorumağa davam edirik. Əgər müsahibə tarixiniz aylar sonradırsa, Ankarada daha erkən bir görüşə keçə bilərsiniz”.

ABŞ dünya üzrə viza müraciətlərinin daxil olduğu Qlobal Viza Görüşmə Gözləmə Müddətləri siyahısını yeniləyib. Gələcək günlərdə bəzi ölkələrdə viza proseslərinin sürətlənəcəyi gözlənilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr