Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi mərc oyunlarında iştirak edən hakimləri cəzalandırıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 149 hakim 8-12 ay müddətinə futboldan kənarlaşdırılıb.
Üç hakim barəsində araşdırmalar davam etdirilir. Bunlar Zorbay Küçük, Melih Kurt və Mertcan Tubaydır.
Xatırladaq ki, Türkiyədə futbol hakimləri ilə bağlı böyük qalmaqal yaşanıb. Aktiv hakimliklə məşğul olan 571 nəfərdən 371-nin mərc oyunlarına pul yatırmaq üçün hesablarının olduğu müəyyənləşib. Eyni zamanda, 152 hakimin mərc oyunlarına pul qoyduqları təsdiqlənib.
 
                        