AZ

Xəyanətdə ittiham olunan ananın uşaqlarını ona necə qaytarmaq olar? Vəkil danışdı

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son vaxtlar boşanma halları ilə yanaşı, “Uşaq kimdə qalacaq?” sualı da daha tez-tez gündəmə gəlir. 

Cütlüklər arasında yaranan gərginlik, qarşılıqlı iddialar və xüsusilə xəyanət ittihamları bu prosesi daha da həssas edir. Xəyanətdə ittiham olunduğu üçün övladlarından ayrılan ana üçün isə vəziyyət ən ağır mərhələyə çevrilir. 

“Cebheinfo.az” xəbər verir ki, vəkil Vamiq Şükürov bu barədə danışıb. 

O, öz təcrübəsinə əsaslanaraq bildirib ki, icratında bir iş olub:  

“Həmin işə görə uşaqları ananın əlindən almışdılar. Uşaqları anaya nifrət ruhunda tərbiyə etmişdilər. İlk olaraq ana ilə uşağın əlaqəsini bərpa etməyə cəhd göstərdik. Ana uşaqlarla videozəng vasitəsilə ünsiyyət qurdu, uşaqlar anaya ev tapşırıqlarının nəticələrini danışırdılar və səmimi dialoq qurmuşdular. 

Bu görüntüləri məhkəməyə təqdim edib sübut etdik ki, heç də atanın dediyi kimi uşaqlar anaya nifrət etmir. Dəvət etdiyimiz ekspert də bu halı təsdiq etdi. Beləliklə, uşaqlar anasına qovuşdu. Müdafiə qurularkən hərtərəfli araşdırma aparılmalıdır və müştərinin xeyrinə olan bütün sübutlardan istifadə olunmalıdır”. 

Gülər 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr