AZ

Türkiyəli müğənni infarkt keçirdi - Vəziyyəti ağırdır - FOTO

Türk sənət musiqisinin tanınmış ifaçısı Muazzez Abacının səhhətində problem yaranıb.

Milli.Az xəbər verir ki, məlumata görə, ABŞ-da yaşayan sənətçi infarkt keçirib. Abacıya stent qoyulub.

Sənətçinin dostu, söz yazarı Seda Akay sosial mediada açıqlama yayaraq bunları deyib:

"Əziz Abacığım çərşənbə axşamı ürək tutması keçirib. Ona stent qoyulub və müalicəsi xəstəxanada davam edir. Şükürlər olsun ki, artıq normal palatada müalicə alır" .

Qeyd edək ki, uzun müddətdir səhhətində problemlər yaşayan Muazzez Abacı son illərdə səhnə fəaliyyətinə fasilə vermişdi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
20
2
milli.az

3Mənbələr