AZ

Suriya prezidenti məmurları hədələdi

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Bilmirdim ki, hökumətdə maaşlar belə yüksəkdir”

Gununsesi.info xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əş-Şəraa 100-dən çox tərəfdarı ilə üsyançıların keçmiş bazasında görüşü zamanı deyib.

“Reuters” yazır ki, çoxu görüşə bahalı avtomobillərdə gəlmişdi və keçid prezidenti onlarla belə bir zarafat edib.

“İnqilabın oğlu olduğunuzu unutdunuz? Nə tez yoldan çıxdınız?”, – əş-Şəraa görüşünə gələn məmurları, biznes liderlərini beləcə danlayıb. “Reuters” bunu görüşdə olan iki nəfərə istinadla yazır.

Suriyanın keçmiş prezidenti Bəşər əl-Əsəd 14 illik vətəndaş müharibəsindən sonra, ötən ilin dekabrında devrilib. Ölkədə ara sıra məzhəblərarası zorakılıq baş verir, bəzən əş-Şəraa hökumətinə bağlı keçmiş üsyançı fraksiyalar da onlarda iştirak edir. Zorakılıqlarda 2 mindən çox insan həlak olub. Əmlak müsadirəsi, evlərdən zorla çıxarılma halları da baş verib.

Sözügedən görüş avqustun 30-da prezidentin İdlibdəki keçmiş qərargahında keçirilib. Bundan sonra əş-Şəraa dəbdəbəli avtomobili olanlarda açarları təhvil vermələrini, yaxud qanunsuz gəlirə görə istintaqla üzləşməli olacaqlarını deyib. Tədbir bitəndə bir ovuc avtomobil açarı təhvil verilmişdi, – görüşə qatılan iki nəfər belə deyir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr