Müdafiə Nazirliyinə Kramatorsk, Kostyantinovka və Kupyanskdəki Ukrayna qoşunlarının mühasirəyə alındığı ərazilərə xarici və ukraynalı jurnalistlərin təhlükəsiz keçidini təmin etməyi tapşırıb.
Müdafiə Nazirliyi “Telegram” kanalında zəruri hallarda bu ərazilərdə 5-6 saatlıq atəşkəs elan edilə biləcəyini və jurnalistlər üçün xüsusi təhlükəsiz dəhlizlərin yaradılacağını açıqlayıb.
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə Kramatorsk, Kostyantinovka və Kupyanskdəki Ukrayna qoşunlarının mühasirəyə alındığı ərazilərə xarici və ukraynalı jurnalistlərin təhlükəsiz keçidini təmin etməyi tapşırıb. Müdafiə Nazirliyi “Telegram” kanalında zəruri hallarda bu ərazilərdə 5-6 saatlıq atəşkəs elan edilə biləcəyini və jurnalistlər üçün xüsusi təhlükəsiz dəhlizlərin yaradılacağını açıqlayıb.
Ziyarətləri asanlaşdırmaq üçün jurnalistlər əvvəlcə Ukrayna Silahlı Qüvvələri Komandanlığına müraciət etməlidir. Nazirlik atəşkəs dövründə həm jurnalistlərin, həm də Rusiya hərbi qulluqçularının təhlükəsizliyini vacib şərt kimi irəli sürüb.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi isə jurnalistləri Rusiya tərəfinin təklifini qəbul etməməyə və Rusiyanın hərbi nəzarəti altında olan ərazilərə getməməyə çağırıb.
Nazirlik sözçüsü vurğulayıb ki, Ukraynanın icazəsi olmadan Rusiya hərbçilərinin nəzarəti altında olan istənilən əraziyə səfərlər həm Ukrayna, həm də beynəlxalq qanunların pozulması deməkdir: "Bu cür hərəkətlərin uzunmüddətli hüquqi nəticələri olacaq. Biz bu məsələni yaxından izləyirik".
TAHİR
 
                        