AZ

“Qarabağ”ın rəqibi bu mövsüm ən çox qırmızı vərəqə alan komanda olub

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Çelsi” cari mövsümdə İngiltərənin ən çox qırmızı vərəqə alan klubudur.

İdman.Biz “Transfermarkt”a istinadla xəbər verir ki, London təmsilçisi bütün turnirlərdə keçirdiyi 14 oyunda beş dəfə meydandan qovulma ilə üzləşib.

Son qırmızı vərəqəni isə Liam Delap Liqa Kubokunda “Vulverhempton”la matçda alıb.

Müqayisə üçün qeyd edək ki, “Liverpul”un aktivində iki, daha səkkiz klubun isə cəmi bir qırmızı vərəqə var.

Xatırladaq ki, noyabrın 5-də “Qarabağ” və “Çelsi” Bakıdakı qarşılaşmada üz-üzə gələcəklər.

İdman.Biz

Seçilən
15
idman.biz

1Mənbələr