AZ

Üzərində qiymət olmayan malı satanlar: Cərimə olunurlar

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Alış-veriş zamanı istehlakçıların tez-tez rastlaşdıqları məqamlardan biri də aldıqları məhsulun üzərində qiymətin olmaması ilə bağlıdır. 

Belə ki, alıcı üzərində qiyməti yazılmayan məhsulu aldıqda ödəniş edərkən bəzən “sürprizlə” qarşılaşmalı olur. 

Hətta məlumatlara görə, marketlərdə məqsədli şəkildə qiyməti göstərmirlər ki, alıcı məhsulun onun cibinə uyğun olmadığını gördükdə almaqdan imtina edə bilər. 

Beləliklə, qiymət yazılmadığı halda müştəri istər-istəməz o məhsulu götürdüyü üçün ödəniş etməyə məcbur olur. Alıç-veriş zamanı məhsulların üzərində qiymətin göstərilməməsi nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı hüquqşünas Fatimə Allahverdiyeva “Cebheinfo.az”- a bildirib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən satıcı istehlakçını maraqlandıran malın qiyməti barədə ona zəruri və düzgün məlumat verməlidir: “Həmçinin İnzibati Xətalar Məcəlləsinin “Qiymət İntizamının Pozulması haqqında” 445-ci maddəsində satışda olan malların üzərində qiymət kağızlarının olmamasına görə, 800 manatdan 1000 manata qədər cərimə nəzərdə tutulub”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr