Gürcü rejissor, ssenarist Gerald Bejanov 86 yaşında vəfat edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
O, “Ən cazibədar və cəlbedici qadın” rejissoru kimi tanınır. Bununla yanaşı o Sergey Paracanovun “Narın rəngi” filminin və bir sıra başqa filmlərin çəkilişlərində iştirak edib. 
 
 
                        