Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkənin Avropa İttifaqından (Aİ) çıxmasının mümkün olduğunu istisna etməyib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Nazirə Polşanın Aİ-dən çıxma ehtimalı ilə bağlı sual verildikdə, o, belə bir ssenarinin mümkünlüyünü təsdiqləyib:
“Bəli, çünki bizdə elə siyasətçilər var ki, istənilən Avropa təşəbbüsünə avtomatik olaraq ‘yox’ deyirlər,” - deyə Sikorski bildirib.
O, həmçinin xatırladıb ki, keçmiş prezident Andjey Duda vaxtilə Avropa Şurasında qəbul edilmiş enerji qənaətli lampaların tətbiqinə qarşı çıxmışdı, baxmayaraq ki, həmin qərarın qəbulunda o dövrün dövlət başçısı Lex Kaçinski də iştirak etmişdi.
Nuriyyə NATİQQIZI