AZ

Kamerunlu bombardiri 5 Avropa nəhəngi istəyir - Bu kluba keçməyə daha yaxındır

"Levante"nin hücumçusu Karl Eyonq 5 Avropa nəhənginin transfer siyahısındadır.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 22 yaşlı kamerunlunun xidmətində "Barselona", "Real Madrid", "Mançester Siti", "Mançester Yunayted" və "Arsenal" maraqlıdır.

Mənbə Karlın "Levante" ilə olan müqaviləsində La Liqa təmsilçiləri üçün 30, Premyer Liqa klubları üçün 40 milyon avroluq təzminat məbləğinin əksini tapdığını vurğulayıb. Məlumata görə, sözügedən forvard qışda "Barsa" ilə müqavilə bağlamağa və mövsümün qalan hissəsini icarə əsasında "Levante"də keçirməyə daha yaxındır.  

Qeyd edək ki, cari mövsüm İspaniya çempionatında 10 matça çıxan Eyonq 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Seçilən
14
1
fanat.az

2Mənbələr