AZ

Əməkdar artist şəhid dəfnində: 33 il yolunu gözləmişik

Azərbaycanın əməkdar artisti Rəfael İsgəndərov uzun illərdir itkin-şəhid Mikayıl Əliyevin yolunu gözlədiklərini bildirib.

Gundem.az Report-a istinada xəbər verir ki, o, 33 ildən sonra nəşi tapılan mərhumun dəfn mərasimində Mikayılın onlar üçün həmişə böyük qardaş olduğunu söyləyib:

"Mikayıl həmişə bizə böyük qardaş olub, öyüd-nəsihət verib. Biz dəcəllik edəndə qulaqburması da verirdi. Bizim qeyri-müəyyənliyimiz vardı. Şükürlər olsun ki, nəşi tapıldı və bu gün dəfn edilir".

Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. M.Əliyev 1992-ci il fevralın 26-da Xocalıda itkin düşmüş hesab edilirdi.

Seçilən
15
2
gundem.az

3Mənbələr