AZ

Suriya liderindən məmurlara XƏBƏRDARLIQ: Lüks avtomobilləri dərhal təhvil verin

Suriya keçid dövrü prezidenti Əhməd əş-Şaraa tərəfdarlarından qanunsuz varlanma praktikasına son qoymağı tələb edib.

Musavat.com xəbər verir ki, İdlibdə keçirilən görüşdə o, məmurların gəldiyi 100-dən çox lüks vtomobilinə qəzəblə işarə edərək, onlara inqilabın təvazökar ideallarını xatırlamağı tövsiyə edib.

Əş-Şaraa bütün dövlət qulluqçularına belə avtomobillərin açarlarını dərhal təhvil vermələrini əmr edib, əks halda cinayət işinə məruz qala biləcəklərini xəbərdar edib.

Analitiklərin fikrincə, bu addım yeni rəhbərliyin əsas problemini, üsyan hərəkatından səmimi və korrupsiyadan uzaq vətəndaş hökumətinə keçid cəhdini göstərir.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr