Şanlıurfanın Harran rayonunda bir şagirdi döyüb bədənində siqaret söndürdüyü iddia edilən məktəb təmizlik işçisi həbs edilib.
Sherg.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Şanlıurfadakı Koyunluca ibtidai məktəbinin ikinci sinif şagirdi M.B. (7) məktəbdə çalışan bir təmizlik işçisi tərəfindən döyülüb və üzündə, həmçinin əllərində siqaret söndürülüb.
Hadisə ilə bağlı Harran Rayon Jandarma Komandanlığı tərəfindən araşdırma başladılıb.
Hadisəni törətdiyi müəyyən edilən və məktəbdə müvəqqəti təmizlik işçisi kimi çalışan 45 yaşlı Z.S. adlı qadın saxlanılıb.
Jandarmadakı istintaqdan sonra məhkəməyə göndərilən Z.S. növbətçi hakim tərəfindən həbs olunub.
 
                        