AZ

Dəyirmi masa: “Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadə 100 il”

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 31 oktyabr, AZƏRTAC

AMEA-nın Tarix və Etnologiya İnstitutunda “Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadə - 100 il” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev çıxış edərək Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını, həmin sənədə əsasən ölkədə müxtəlif tədbirlərin keçirildiyini xatırladıb.

İ.Niftəliyev bildirib ki, Bəxtiyar Vahabzadə çoxşaxəli fəaliyyəti ilə Azərbaycan tarixinə parlaq səhifələr yazmış simalardandır. O, əsərlərində Azərbaycanın istiqlal tarixini dolğun əks etdirib, milli düşüncənin formalaşmasında, azərbaycançılıq ideyalarının təbliğində və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna xidmətlər göstərib.

Dəyirmi masada “Azərbaycan milli azadlıq hərəkatında Bəxtiyar Vahabzadənin yeri”, “Bəxtiyar Vahabzadənin keşməkeşli həyat yolu”, “Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili”, “Bəxtiyar Vahabzadə Türk birliyi ideyasının carçısı kimi”, “Bəxtiyar Vahabzadə – əxlaqi dəyərlər haqqında”, “Türk dünyanın böyük şairi Bəxtiyar Vahabzadə”, “Vətən və azərbaycançılıq haqqında”, “Bəxtiyar Vahabzadə yaradıcılığında azadlıq ideyası” və başqa mövzularda məruzələr dinlənilib. Vurğulanıb ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı həm ədəbi, həm də ictimai-siyasi baxımdan böyük məktəbdir. O, ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə əsl ziyalı mövqeyi nümayiş etdirib.

Tədbirdə Bakı Qızlar Universitetinin tələbələri Bəxtiyar Vahabzadənin şeirlərini səsləndiriblər. Həmçinin şairin həyat və yaradıcılığını əks etdirən foto və arxiv materialları nümayiş etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
azertag.az

1Mənbələr