"Barselona" gələn həftə öz doğma stadionu "Kamp Nou"ya qismən qayıdacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya çempionu noyabrın 7-də arenada azarkeşlər üçün açıq məşqə çıxacaq. Hazırlıq prosesini 23 min tamaşaçı izləyə biləcək. Məşqi izləmək üçün biletlərin qiyməti 5 və 10 avrodur.
Qeyd edək ki, 2023-cü ildən "Kamp Nou"da yenidənqurma işləri aparılır. Matçların keçirilməsi üçün bütün icazələri aldıqdan sonra arena İspaniyanın 105 000 azarkeş tutumuna malik ən böyük stadionuna çevriləcək.
Niderlandlı futbolçu Premyer Liqada klubunu dəyişə bilər
Libertadores kubokunda finalçılar bəlli olub
Hansı oyun, hansı kanalda?
Ərdoğan: “Futboldakı mərc qalmaqalına biganə qala bilmərik”
“Liverpul”un müdafiəçisi ölkəsinə qayıda bilər