Beynəlxalq araşdırma şirkəti olan "Opta" cari mövsümdə İngiltərə Premyer Liqasının qalibi olacaq komandanı açıqlayıb.
Offsideplus.az xəbər verir ki, onların araşdırmasına görə "Arsenal" 80 xalla 22 illik həsrətə son qoyacaq.
"Mançester Siti" və "Liverpul" eyni xalla (69) 2 və 3-cü yerləri bölüşəcəklər.
İlk 4-lüyü 60 xalla "Çelsi" tamamlayacaq.
"Nottingem Forest", "Vest Hem" və "Vulverhempton" isə liqanı tərk edəcəklər.