AZ

81 və 160 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir

Bakı. Trend:

Paytaxt ərazisində daha iki marşrut xətti üzrə avtobuslar müasirtələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.

Trendxəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, noyabrın 1-dən 81 və 160 nömrəli marşrutlardaistismar olunan avtobuslar dəyişdiriləcək.

Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini əlaqələndirən 81 nömrəlimarşrut üzrə sərnişinlərin ixtiyarına veriləcək 20 ədəd “Yutong”markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyasıilə təchiz olunub. Yeni avtobusların xəttə buraxılması ilə marşrutüzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Marşrut üzrəgedişhaqqı 0,60 AZN müəyyən edilib.

Binə qəsəbəsini “Koroğlu” metrostansiyası ilə əlaqələndirən 160nömrəli müntəzəm marşrut üzrə xəttə buraxılacaq 18 avtobus damüasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilib.Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmətgöstərəcək. Marşrut üzrə gedişhaqqı 0,70 AZN müəyyən edilib.

Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır.

Məqalədə:
Seçilən
14
23
az.trend.az

10Mənbələr