Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Suriya Prezidenti Əhməd Əl-Şara keçmişdə istifadə etdiyi qərargahda dövlət məmurları və iş adamları ilə birgə müşavirədə qəzəblənib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, qərargah qarşısında dayanan yüzdən çox lyuks maşşınalara işarə edərək, məmurları "topa tutub".
Suriya Prezidenti canlı yayımlanan müavirədə üzünü məmurlara tutaraq hmin maşınların necə alınmasını soruşub: "Mən dövlətin sizə bu qədər yüksək maaş verdiyini bilmirdim! İnqilabın övladları olduğunuzu nə tez unutdunuz? Yəni, siz bu qədər tez başdan çıxdınız? Dərha həmin lüks avtomobillərini təhvil verin".
Prezident daha sonra hüquq-mühafizə orqanlarından həmin maşınların necə alınmasını araşdırmağı tələb edib: "Buradan sizə göstəriş verirəm, dərhal korrupsiya ilə bağlı araşdırmaya başlayın. Heç kimsə Suriya xalqından və dövlətdən oğurlaya bilməz!"
Tahir Şəlvəli
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        