ain.az bildirir, Azpolitika.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp nüvə sınaqlarını bərpa edərsə, Nobel Sülh Mükafatına layiq olmayacaq.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu 1945-ci ilin avqustunda Amerikanın atom bombası atdığı Yaponiyanın Naqasaki şəhərinin meri Şiro Suzuki deyib.
"Tramp Nobel Sülh Mükafatına layiq görülmək istəyir. Düşünürəm ki, bu qərar onun nə etdiyini təhlil etdikdən sonra verilməlidir. Lakin, bombardman edilən bir şəhərin sakini olaraq, inanıram ki, nüvə silahı sınaqları başlasa, o, Nobel Sülh Mükafatına layiq olmayacaq", - deyə o, mətbuat konfransında bildirib.
Tramp daha öncə Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını açıqlayıb. Ancaq ABŞ lideri hansı sınaqlardan danışdığını və bunun nüvə başlıqlarının partladılmasını da əhatə edib-etmədiyini dəqiqləşdirməyib.
Xatırladaq ki, Yaponiya bəşər tarixində nüvə hücumuna məruz qalan yeganə ölkədir.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        