AZ

Rusiyaya növbəti zərbə vurulub

Rusiyaya

Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisində üç “Oreşnik” raket atıcısından birini məhv edib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk bildirib.

“Rusiyanın üç “Oreşnik” raket buraxılış qurğusundan biri Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətininqüvvələri tərəfindən Kapustin Yar ərazisində uğurla məhv edilib. Bu, çox uğurlu bir missiya idi. 100 faiz məhv olub”,- Malyuk deyib.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın üç “Oreşnik” raketi atmaq imkanı var. Onlardan birini istifadə edib, digərini Ukrayna Müdafiə Qüvvələri sıradan çıxarıb. Xarici Kəşfiyyat Xidməti isə bildirir ki, Rusiyanın ən azı bir raketi daha var.

ELÇİN
Seçilən
21
reyting.az

1Mənbələr