AZ

Baku Medical Plaza vakansiya elan edir: Maaş 800 AZN

Baku Medical Plaza vakansiya elan edir: Tibb bacısı

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları sizə təqdim edir:

Şəhər: BakıYaş: 25–45 yaşTəhsil: Orta texnikiİş təcrübəsi: 1 ildən 3 ilə qədərElanın tarixi: 30 oktyabr 2025Bitmə tarixi: 29 noyabr 2025Əlaqədar şəxs: HR / Babək filialıTelefon: (055) 224-50-64E-mail: [email protected]

İş barədə məlumat:

- Tibb bacısı venoz və kapilyar qan götürmə texnikasını bilməli və düzgün şəkildə icra etməlidir.

- Klinikada fəaliyyət göstərən şöbəyə uyğun tibbi xidməti təmin etməli, lazım gəldikdə pasiyentlərə ünvanda xidmət göstərməlidir.

- Dərman və tibbi alətlərin saxlanmasına və təhlükəsizliyinə nəzarət etməlidir.

- İş yerində gigiyenik və aseptik qaydalara ciddi riayət etməli, tibbi alətlərin sterilizasiyasını həyata keçirməlidir.

- Elektron qeydiyyat sisteminə məlumatların düzgün daxil edilməsini təmin etməlidir.

- İnfeksion təhlükələrin qarşısını almaq üçün əlcək, maska, eynək kimi qoruyucu vasitələrdən istifadə etməlidir.

- Ona verilən şifahi və yazılı göstərişləri, eləcə də şirkət daxili qaydaları yerinə yetirməlidir.

Namizədə tələblər:

- Tibb kolleci diplomu və ya təsdiq olunmuş dövlət sənədi (sertifikat).

- Minimum 2–3 il iş təcrübəsi.

- Təmizkar, səliqəli və məsuliyyətli olmalı.

- Kollektivdə işləmək bacarığına malik olmalıdır.

Qeyd: CV göndərilərkən məktubun başlığında “Tibb bacısı” vakansiyasının adı mütləq qeyd olunmalıdır.

E-saglam.az

Seçilən
29
e-saglam.az

1Mənbələr