AZ

DTA tabeliyindəki qoruqlara gələn turistlərin sayı açıqlanıb

Bu barədə Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda məlumat verib. O diqqətə çatdırıb ki, turistlərin 547 min nəfəri (77%) xarici, qalanları isə yerli turistlərdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayı 25% artıb. Bu göstəricidə xarici turistlərin artım payı 10%-dir.
Murad Ağabəyli:"Xarici turistlərin qoruqlarımıza marağı artır" |FOTOLAR

Murad Ağabəylinin verdiyi məlumata əsasən, 2025-ci ilin ilk 9 ayında müxtəlif qoruqlara baş çəkən turistlərin sayı aşağıdakı kimidir:

– "Yanardağ" – ümumilikdə226 min turist.Xarici turistlərin sayı: 204 min nəfəri (90%);
"Atəşgah"– ümumilikdə198 min turist.Xarici turistlərin sayı: 181 min (91%);
"Yuxarı Baş" – ümumilikdə140 min turist.Xarici turistlərin sayı: 69 min (49%);
"Palçıq vulkanları"– ümumilikdə42 min turist.Xarici turistlərin sayı: 38 min (90%);
"Kiş"– ümumilikdə37 min turist.Xarici turistlərin sayı: 18 min (48%);
Digər qoruqlar– ümumilikdə 42 min turist. Xarici turistlərin sayı: 16 min (40%).

(DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli)

"Bir sıra nisbətdə xarici turistlərin üstünlüyü göstərir ki, bu qoruqlara onların marağı daha çoxdur. Əlbəttə, bu statistika yalnız bilet satışı əsasında aparılıb. Əslində isə, qoruqlara daha çox insan gəlir",– sədr bildirib.

O həmçinin diqqətə çatdırıb ki, Şəki Dövlət Rəsm Qalereyası DTA tərəfindən bərpa olunaraq hazırlanmış yeni turizm istiqamətlərindən biridir.

AzVision.az
Seçilən
34
2
azvision.az

3Mənbələr