
Belarus, kənardan təcavüz olmadığı təqdirdə müharibəyə qoşulmayacaq. Bu barədə ölkə Prezidenti Aleksandr Lukaşenko bəyan edib.
"İndi elə qeyri-müəyyən zamandır ki, tab gətirmək lazımdır", - o bildirib.
A.Lukaşenko vurğulayıb ki, Belarus ölkə təhlükə altında olmadığı təqdirdə müharibələrə qoşulmaq niyyətində deyil: "Biz müharibə istəmirik və əgər bizə toxunulmazsa, biz müharibəyə qoşulmayacağıq, bunu sizə vəd edirəm. Bu, məhz prezidentin və hakimiyyətin əsas vəzifəsidir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta