AZ

Lukaşenko: Xarici təcavüz olmasa Belarus müharibəyə girməyəcək

Lukaşenko:

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, respublikaya xarici təcavüz olmadığı təqdirdə ölkəsi müharibəyə cəlb olunmayacaq.

Reyting.az
xəbər verir ki, Belarus liderinin sözlərindən bu ölkənin “BelTA” xəbər agentliyi sitat gətirib.

“Elə qeyri-müəyyən dövrdür ki, dözməliyik. Dözməliyik və dözsək, uşaqlarımız yaşayacaq. Dözməsək, bu uçuruma qərq olacağıq. Dünyada əllidən çox münaqişə və müharibə var. 51-cisinə cəlb olunmaq istəməzdik”,- deyə Belarus prezidenti əlavə edib.

Lukaşenko ölkəyə müdaxilə edilməyənə qədər döyüşməyəcəklərini bildirib.

“Bu, prezidentin və hökumətin əsas vəzifəsidir”, - deyə Belarus lideri yekunlaşdırıb.

Qeyd edək ki, oktyabrın 28-də Lukaşenko bildirmişdi ki, Belarus Qərblə dialoqa və gərginliyi azaltmaq üçün addımlara açıqdır, lakin Avropanın hələlik sülhə ehtiyacı yoxdur.

ELÇİN
Seçilən
27
reyting.az

1Mənbələr