Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı qüvvələri Rusiyanın 3 ədəd "Oreşnik" kompleksindən birini məhv edib. By barədə Ukrayna Silahlı Qüvvələrinin başçısı Vasili Malyuk məlumat verib. Onun sözlərinə görə, əməliyyat 2023-cü ildə Kapustin Yar poliqonunda həyata keçirilib. Malyuk deyib: "Bu, çox uğurlu missiya olub. Həmin əməliyyatdan yalnız Ukrayna Prezidenti ilə bir sıra başqa ölkələrin liderlərinin xəbəri olub".
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın "Oreşnik"dən üç atış imkanı olub. Biri atılıb, ikincisi məhv edilib, azı biri cəbbəxanada qalır.
Hürr Tərcüman