Ukrayna prezidenti Volodimir Zelenski Pokrovsk şəhərindəki vəziyyətlə bağlı açıqlama verib.
Musavat.сom xəbər verir ki, Ukrayna lideri bu barədə brifinqdə deyib.
“Pokrovsk mühasirəyə alınmayıb. Onların məqsədi Pokrovski ələ keçirməkdir. Onlar Kupyansk, Dobropillya və Zaporojyeni də itiriblər”.
Dövlət başçısı bildirib ki, ruslar bölgədə 170 minə yaxın hərbçi cəmləşdiriblər.
“Əgər Putin Pokrovska gəlmək istəyirsə, xoş gəlmisiniz. Amma nəticənin necə olacağı hamıya aydındır”, – deyə o əlavə edib.
Zelenskinin sözlərinə görə, şəhərdə vəziyyət gərgin olaraq qalır, lakin Pokrovsk hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Musavat.com