AZ

Daha bir ölkə Rusiya ilə müharibəyə hazırlaşır: Mühüm addım atıldı

Danimarka Arktikada Rusiya ilə mümkün münaqişəyə hazırlaşır.

Gundem.az xəbər verir ki bu barədə “Bloomberg”in məqaləsində bildirilir.

“Sentyabr ayında Danimarkanın Qrenlandiyada ən böyük təlim keçirib. Əvvəlki manevrlər xilasetmə əməliyyatlarına və mülki tapşırıqlara diqqət yetirdiyi halda, builki təlim hərbi yönümlü olub. Bu, Rusiya ilə mümkün münaqişəyə hazırlıq üçün mühüm addım idi”, - məqalədə deyilir.

Danimarka kəşfiyyatı Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiyanın diqqətini Arktikaya yönəldə biləcəyini ehtimal edir. Kopenhagen hesab edir ki, belə bir halda Moskva NATO ölkələri üçün real təhlükə yarada bilər.

Seçilən
1
1
gundem.az

2Mənbələr