Oxu.az saytına istinadən ain.az xəbər verir.
Suriyadan qayıdan azərbaycanlılar təəssüratlarını Azərbaycan Televiziyası (AzTV) ilə bölüşüblər.
Onlar Xarici İşlər Nazirliyi (XİN) xətti ilə ölkəmizə geri döndüklərini deyiblər.
Vətəndaşlar bildiriblər ki, hazırda əmin-amanlıq içərisindədirlər.
"Keçmişdən gələcəyə gəlmiş kimi hiss edirəm. Gənclərə məsləhət görürəm ki, İslam dinini yanlış anlamayın, özünüz oxuyub öyrənin".
Həmin vətəndaşlara psixoloji və tibbi yardım göstərilib.
Daha ətraflı videomaterialda:
Suriyadan qayıdan azərbaycanlılar DANIŞDILAR: "Keçmişdən gələcəyə dönmüş kimi hiss edirəm"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.