AZ

Dövlət qulluğunda çalışmaq istəyənlərinNƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilib. 

Gundem.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək. Mövcud qanunvericiliklə 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. /Bizim.Media

Seçilən
3
5
gundem.az

10Mənbələr