ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycan müstəqil dövlətdir, qərarları da özü müstəqil şəkildə qəbul edir. Ona görə də kiminsə etirazına görə “filan tədbirin keçirilməsi təxirə salındı” yanaşması düzgün deyil. Bunu heç kim öz adına çıxmamalıdır”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçəkin Bakıda 33-cü Avropa Ravvinlər Konfransının onun Prezident İlham Əliyevə ünvanladığı məktubdan sonra ləğv olunduğuna dair iddialarına münasibət bildirərəkən deyib.
Deputat hesab edir ki, bu məsələyə yanaşmada bir neçə məqamı nəzərə almaq lazımdır:
“Türkiyədəki həmkarlarımız, siyasətçilər, siyasi partiyaların nümayəndələri öz açqlamalarını elə şəkildə verməlidirlər ki, bu, bizim ikitərəfli münasibətlərimizə xələl gətirməsin. Bu gün söhbət ondan gedir ki, hansısa bir tədbirin keçirilməsi müxtəlif səbəblərə görə təxirə salına bilər. Həmin qərarın təşkilatçılar və ya ölkələr tərəfindən verilməsi mümkündür. Ona görə də bunu bu formada əsaslandırmaq, yəni “ölkənin siyasi liderinə məktub yazıldı, kimsə etirazını bildirdi, onun əsasında bu qərar qəbul olundu, yanaşma dəyişdi” prinsipi ilə çıxış etməyi əlbəttə ki, düzgün saymıram. Dövlət hansısa qərarı verirsə, buna hamı hörmətlə yanaşmalıdır. Bunun kiminsə narazılığına, etirazına, hansısa siyasi partiyanın mövqeyinə görə dəyişməsi barədə fikirlər söyləmək yanlışdır, düzgün mövqe deyil”.
C.Məmmədov söyləyib ki, bu kimi məsələlərdə hər kəsin diqqətli olmasına ehtiyac var:
“Təəssüf ki, bəzən media bu cür məlumatları götürərək belə formada cəmiyyətə təqdim etmək istəyir, bu da doğru deyil. Konfrans təxirə salınıbsa, deməli, bunun ciddi səbəbləri olub, əks halda tədbir baş tutardı. Bunu da hamı nəzərə almalıdır”.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.