AZ

“Belarus yalnız qalsa müharibəyə qarışmayacaq” – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus yalnız qalsa müharibəyə qarışmayacaq.

Busaat.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

“Mən sizə söz verirəm ki, biz döyüşmək istəmirik, onlar bizi narahat etməsələr, bu müharibəyə qarışmayacağıq. Bu, məhz prezidentin və hökumətin əsas vəzifəsidir”, – siyasətçi izah edib.

Onun sözlərinə görə, hazırda dünyada 50-dən çox münaqişə var və Minsk başqa münaqişəyə qarışmaq istəmir. Belarus lideri vurğulayıb ki, Belarus bu müddətə dözməlidir. Eyni zamanda, o, ölkədə hazırda tələbat olan istehsalat sahəsinin inkişaf etdiyini diqqətə çatdırıb.

Bundan əvvəl Belarus qonşu ölkə ilə sərhədlərinin bağlandığını təsdiqləyib. Minsk Litvadan məhdudiyyətlər barədə bildiriş alıb.

Yeganə

Seçilən
4
busaat.az

1Mənbələr