AZ

Latviya İstanbul Konvensiyası ndan çıxmağa hazırlaşır Deputatlar hə dedi

ain.az, Mia.az saytına istinadən bildirir.

Latviya Parlamenti beynəlxalq səviyyədə "İstanbul Konvensiyası" ilə qorunan "Qadınlara Qarşı Zorakılıığın Qarşısının Alınması və Mübarizə Haqqında" anlaşmadan çıxmağa hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məsələ ölkə parlamentində müzakirəyə çıxarılıb.

13 saatdan çox davam edən müzakirələrdən sonra beynəlxalq konvensiyadan çıxmaq qərarı 100 yerlik parlament tərəfindən  səsverməyə qoyulub: "56 səs lehinə, 32 səs lehinə və 2 bitərəf səslə qərar dəsətklənib"

Məlumata görə, qərar Latviya Prezidenti Edqars Rinkeviçs 10 gün ərzində təsdiqləməlidir: "Prezident Rinkeviçs, əlbəttə ki, çıxma qərarını parlamentə geri göndərmək hüququ da var. Əgər belıə hal olarsa və parlament yenidən qanunu düzəlişlər etmədən təsdiqləsə, o zaman prezidntin ona təkrar veto qoymaq hüququ olmayacaq"

Prezident bildirib ki, qərarı ideoloji və ya siyasi əsaslara deyil, dövlət maraqlarına və hüquqi dəyərləndirəcək.

Ölkə Parlamentinin qarşısında isə İstanbul Konvensiyasından çıxma qərarına qarşı kütləvi etiraz aksiyası keçirilib.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
mia.az

1Mənbələr