AZ

Müstəqillik uğurlu olsaydı, bu gün artıq kolonializmdən danışmazdıq - Dieudonne Kwebe

Bakı.Trend:

Əgər müstəqillikdən 65 il sonra biz hələ də kolonializmdəndanışmaq və ona qarşı mübarizə aparmaq məcburiyyətindəyiksə,deməli, müstəqillik dövründə nələrsə düzgün getməyib. Müstəqillikhəqiqətən uğurlu olsaydı, bu gün artıq kolonializmdəndanışmazdıq.

Trend xəbərverir ki, bu fikirləri bu gün “Belçika Müstəmləkəçiliyi: Tanınma vəMəsuliyyət” adlı beynəlxalq konfransda tədqiqatçı jurnalistDieudonne Kwebe səsləndirib.

O bildirib ki, bu gün məsələn, hindlilər artıq kolonializmdəndanışmır:

“Hindlilər bu dövrü geridə qoyublar, keçmişlə hesabıbağlayıblar. Bəs nə baş verdi? Konqo məsələsinin mahiyyəti nədənibarətdir? Çünki bu, doğrudan da xüsusi bir haldır”.

Kwebe vurğulayıb ki, bu məsələ əslində ödənilməmiş borcməsələsidir:

“Təsəvvür edin, banka gedirsiniz, sizə kredit verilir, lakin sizonu geri qaytarmırsınız. Banker isə gəlir, ya avtomobilinizi, ya daevinizi alır. Bəs bu "bankir" kim idi? Onlar kreditorlardır - yəni,İkinci Leopoldun kreditorları, yəni London, Hannover, Hamburq vəSürix bankirləri”.

Tədqiqatçı əlavə edib ki, məhz həmin kreditorlar MərkəziAfrikada dövlət yaratmaq üçün 25 milyard dollar məbləğində borcvermişdilər. Yəni borc verənlər onlar, borclu isə Leopoldun özüidi.

Onun sözlərinə görə, bu qədər böyük məbləği kapitalist məntiqiilə götürüb, lakin empirik, xaotik və resurslara əsaslananiqtisadiyyatla qaytarmaq mümkün deyildi. Bu, reallıqda imkansızidi.

“Leopoldun etdiyi ən böyük səhv kapitalist iqtisadiyyatla borcgötürüb, empirik iqtisadiyyatla onu qaytara biləcəyinə inanmaq idi.Lakin bunu çox gec başa düşdülər”, - deyə Dieudonne Kwebevurğulayıb.

Seçilən
19
az.trend.az

1Mənbələr