AZ

Saxlanılan Türkiyə və Azərbaycan vətəndaşları azadlığa buraxıldı

Ötən həftə Monteneqronun paytaxtı Podqoritsada həbs olunan Azərbaycan və Türkiyə vətəndaşları azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, Monteneqro Ali Məhkəməsi "qəsdən adam öldürmək" cinayəti ilə həbs olunan biri Türkiyə, biri isə Azərbaycan vətəndaşı olan iki şəxsin cinayəti törətdiyinə dair heç bir əsaslı şübhənin olmadığına qərar verib.

Məhkəmə qərarında bildirilib ki, hər iki şəxs həbssiz mühakimə olunacaq və özlərini müdafiə edə biləcəklər.

Qeyd edək ki, bir neçə gün öncə Podqoritsanın Zablyelo ərazisində baş verən və yerli sakinin yüngül bədən xəsarətləri alması ilə nəticələnən hadisə ilə əlaqədar hər iki şəxs şübhəli qismində saxlanılıb. Lakin tərəflərdən təqdim edilən sübutlarla hadisəni onların törətmədiyi təsdiqlənib.

Seçilən
3
publika.az

1Mənbələr