AZ

Şoyqu: Rus dili keçmiş sovet ölkələrini birləşdirən əsas amildir

BAKI, 31 oktyabr. TELEQRAF

“Ümid edirəm ki, bu gün Moskvada açılışı olan “Rusiya xalqları və MDB” festivalı gələcəkdə ənənəvi tədbirə çevriləcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu festivalda çıxışında deyib.

“Bu gün biz ilk sınaq layihəsini həyata keçirdik və onun davam edəcəyinə böyük ümid bəsləyirəm”, - o bildirib.

Şuranın rəhbəri “rus dilinin postsovet məkanında xalqları birləşdirən əsas amil” olduğunu iddia edib: “Buradakı məqsəd təkcə hamının rus dilində danışa bilməsi deyil, böyük rus mədəniyyəti də mövcudluğudur”.

Şoyqunun bir başqa iddiasına görə, rus dili Rusiya və MDB məkanında bütün xalqların dilləri qorunmaqla “beynəlxalq ünsiyyət dili funksiyası”nı yerinə yetirir.

Seçilən
13
teleqraf.com

1Mənbələr