AZ

Milyonlarla insanı gözləyən təhlükə: xəbərdarlıq edildi Çıxış yolu

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bir neçə gündür “Gmail” istifadəçilərinə xəbərdarlıq edilir. Məlumata görə, 183 milyona yaxın e-poçt hesabı və onlara aid şifrələr internetə sızdırılıb. Hadisə bu ilin aprel ayında baş versə də, yaxın günlərdə “Have I Been Pwned” platforması tərəfindən qeydə alınıb. Azərbaycanda da “Gmail” istifadəçiləri kifayət qədərdir.

Vətəndaşlar bu istiqamətdə hansı tədbirlər görməlidir?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis, İKT Mərkəzinin direktoru Fərid Kazımov deyib ki, mütəmadi olaraq hesab məlumatları internetə sızdırılır və kiberhücumlar baş verir:

“İstifadəçilərə hesab parollarını mürəkkəbləşdirməyi və iki faktorlu autentifikasiyanı, məsələn, mobil telefon nömrəsi ilə aktivləşdirməyi tövsiyə edirəm. Bu, hesabın sındırılma riskini əhəmiyyətli dərəcədə azaldır. “Gmail” və digər servislərdə bərpa üçün əlavə e-poçt və ya telefon nömrəsi göstərmək mümkündür. Adətən telefon nömrəsi daha üstün hesab edilir, çünki problem yaranarsa, hesabı gələn kod vasitəsilə bərpa etmək mümkündür”.

Fərid Kazımov

Ekspert bildirib ki, parolların sadə olması məqsədəuyğun deyil:

“Məsələn, bəziləri doğum tarixindən istifadə edir. Amma “Gmail” hesablarında güclü parol üçün böyük və kiçik hərflər, rəqəmlər və xüsusi işarələr yazılmalı, mümkün olduqda parol meneceri tətbiqləri istifadə olunmalıdır. Həmçinin mobil cihazda kibertəhlükəsizlik qaydalarına riayət edilməlidir. İstifadəçilər cihazı mütəmadi güncəlləməli, mənbəsiz tətbiqləri quraşdırmamalı və ekran kilidini aktiv saxlamalıdırlar”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr