AZ

Yamal əməliyyatdan niyə imtina edir? - Ağrıdan əziyyət çəksə də...

"Barselona" və İspaniya yığmasının ulduz cinah oyunçusu Lamin Yamal qasıq nahiyəsindəki zədəsini əməliyyatla aradan qaldırmaq istəmir.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport2" nəşri məlumat yayıb.

Yamal pubalgiya (idmançılarda əzələlərin yüklənməsi və ya zədələnməsi nəticəsində yaranan xroniki qasıq və çanaq ağrısı) problemindən əziyyət çəkir. Bu, onun meydandakı sürətini məhdudlaşdırır.

18 yaşlı futbolçu komandaya kömək etmək və uzun müddət yaşıl meydanlardan uzaq qalmamaq üçün cərrahi müdaxilə variantını rədd edib. O, konservativ müalicə planına əməl edəcək və vəziyyəti yaxın həftələrdə dəyərləndiriləcək.

Bildirilir ki, ağrılar davam etdiyi təqdirdə əməliyyat variantı gündəmə gələ bilər, lakin hazırda belə bir plan yoxdur.

Seçilən
16
publika.az

1Mənbələr