AZ

Qum hamamı ... Pirşağıda yerləşən qədim hamam Azərbaycan memarlığının dəyərli nümunəsidir Video

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Pirşağı qədim Bakı kəndlərindən biridir. Pirşağıda çox sayda dini tarixi abidələrlə yanaşı qədəim hamamlar da olub. Bu gün onların bir qismi gəlib dövrümüzə çatsa da, bu hamamlar Azərbaycan memarlığının və məişət mədəniyyətinin əvəzedilməz nümunələridir.

Pirşağıda bir neçə hamam olub. Hacı Şahverdi hamamı kənddə daha çox tanınan və dövlət tərəfindən mühafizə edilən bir hamamdır. Tarixi mənbələrə görə hamam XIX əsrdə tikilib. Hamam Pirşağı sakini Hacı Şahverdi Şahverdizadə tərəfindən inşa edilib. Hamama "qum hamam"ı da deyilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə hamam "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib. Hamam bir zamanlar acınacaqlı vəziyyətə düşmüşdü. İndi isə artıq təmir işləri aparılır.

Hamamlar Azərbaycan mədəniyyətində mühim rol oynayırdı. Belə ki, öz dövründə hamam təkcə təmizlik yeri deyil, ünsiyyət yeri də hesab edilirdi.

Pirşağı hamamları sözün əsl mənasında kəndin tarixi siması olmaqla yanaşı, həm də Abşeron memarlıq ənənələrinin daşıyıcılarıdır. Hamamların qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi tarixi irsin yaşadılması baxımından vacibdir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
bizimyol.info

1Mənbələr