Bakı. Trend:
Bolqarıstan enerji ilə yanaşı başqa istiqamətlərdə dəAzərbaycanla yeni əməkdaşlıq imkanları görür.
TrendBolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunuBolqarıstanın Energetika Naziri Jeço Stankov SofiyadaHökumətlərarası Birgə Komissiyanın 7-ci iclasında deyib.
Jeço Stankov və Azərbaycanın kənd təsərrüfatı naziri MəcnunMəmmədovun həmsədrlik etdiyi iclasda ikitərəfli əlaqələrindərinləşdirilməsi istiqamətində konkret addımlar müzakirəolunub.
“Bolqarıstan və Azərbaycan arasında tərəfdaşlıq stratejiəhəmiyyət daşıyır və bu, iqtisadiyyatlarımızın daha rəqabətədavamlıolmasına imkan verəcək. Geniş mövzu dairəsi və qarşılıqlı faydalılayihələr birgə fəaliyyətin nəticələrini nümayiş etdirir”,- deyəStankov vurğulayıb.
Nazirlər qeyd ediblər ki, iki ölkə arasında artıq onlarla sazişimzalanıb ki, bu da əməkdaşlığın davamlı inkişafının barizgöstəricisidir. Tərəflər xüsusilə enerji sektoruna diqqətyönəldiblər, çünki bu sahə tərəfdaşlığın əsas istiqamətlərindənbiridir. Azərbaycan qazının tədarükü Bolqarıstandakı istehlakıntəxminən üçdə birini təmin edir və regionun enerjitəhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır.
Avropanın enerji təchizatında mühüm əhəmiyyət daşıyan Cənub QazDəhlizi layihəsini ilk dəstəkləyən ölkələrdən biri kimi BolqarıstanXəzər regionundan davamlı enerjinin nəqli və “yaşıl dəhlizlərin”yaradılması təşəbbüslərində iştirak etməyə hazır olduğunu bir dahatəsdiqləyib.
Stankov qeyd edib ki, Komissiyanın fəaliyyəti iqtisadiəlaqələrin daha da möhkəmləndirilməsi üçün etibarlı əsas yaradır.“Əlaqələrimizin əsas elementi enerji sektoru olaraq qalır, lakinbiz əməkdaşlığın möhkəmləndirilməsi üçün digər perspektivliistiqamətləri də görürük – kənd təsərrüfatı, nəqliyyat, sənaye,müdafiə sənayesi və digər sahələr”, – deyə o əlavə edib.
İclasın yekununda Komissiyanın həmsədrləri tərəfdaşlığındərinləşdirilməsi istiqamətində konkret öhdəlikləri və növbətiaddımları əks etdirən protokol imzalayıblar.
İclasla paralel keçirilən biznes-forum çərçivəsində Bolqarıstanvə Azərbaycandan təxminən 100 şirkət iqtisadi əlaqələringenişləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.