AZ

Qəzzada azı 100 fələstinli həlak olub

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İsrail ordusunun Qəzza zolağına çərşənbə axşamı gecəsi başladığı hava hücumları nəticəsində ən azı 100 fələstinli həlak olub. 

Hücumlar çərşənbə gününə qədər davam edib və bu, 10 oktyabrda qüvvəyə minən atəşkəs razılaşmasından bəri bölgədə baş verən ən şiddətli toqquşma kimi qiymətləndirilir.

Yerli səhiyyə mənbələri bildiriblər ki, həlak olanların əksəriyyəti mülki şəxslərdir, çox sayda insan isə yaralanıb.

Qeyd edək ki, İsrail ordusu hücumların “HƏMAS-ın hərbi obyektlərinə” qarşı yönəldiyini iddia edir. Lakin fələstinli rəsmilər və beynəlxalq müşahidəçilər mülki infrastruktura dəymiş ciddi zərərdən narahatlıqlarını ifadə ediblər.

"AzPoltika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
azpolitika.info

1Mənbələr