BAKI, 31 oktyabr. TELEQRAF
“ABŞ-nin nüvə sınaqlarının bərpası nüvə müharibəsi ehtimalını minimuma endirə bilər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.
Heqsetin fikrincə, güclü nüvə arsenalı ABŞ-yə qlobal sülhü təmin etməyə kömək edəcək.
“Çinə və ya başqa hər hansı ölkə ilə münaqişə axtarmırıq. Amma nə qədər güclü olsaq və güclü alyanslarımız olsa, nə qədər çox bu region və dünya üzrə müttəfiqlərimizlə əməkdaşlıq etsək, fikrimcə, nüvə müharibəsi ehtimalı bir o qədər azalacaq”, - ABŞ müdafiə naziri vurğulayıb.
Donald Tramp bundan əvvəl Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı tapşırıb. ABŞ Prezidenti hansı növ sınaqların nəzərdə tutulduğu, o cümlədən bura nüvə başlıqlarının partladılmasının daxil olub-olmadığı barədə aydınlıq gətirməyib.
 
                        