AZ

Vyetnamda daşqınlar 14 nəfərin həyatına son qoydu

Vyetnamın mərkəzi bölgəsində güclü daşqınlarla müşayiət olunan leysan yağışlar 34 nəfərin ölümü, 8 nəfərin itkin düşməsi ilə nəticələnib. Daha 34 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət mərkəzi rayonların infrastrukturuna ağır ziyan vurub. 128 mindən çox yaşayış evi və bina daşqın suları altında qalıb. 4,9 hektar düyü tarlası və başqa əkin sahələrinə, 790 hektardan çox meyvə plantasiyalarına zərər dəyib.

Bundan başqa, ümumilikdə 17,7 min baş iri buynuzlu heyvanın və quşun tələf olduğu qeyd olunur.

Seçilən
3
2
unikal.az

3Mənbələr