AZ

Nazir: Azərbaycanın UNESCO ilə tərəfdaşlığı mədəni irsin inkişafına əsaslanır

Azərbaycanın UNESCO ilə tərəfdaşlığı mədəni irsin və inklüziv təhsilin inkişafına əsaslanır.

APA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı bildirib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın UNESCO ilə əməkdaşlığı mədəni irsin, inklüziv təhsilin, elmin və mədəniyyətlərarası dialoqun təşviqinə əsaslanır.

Onun sözlərinə görə, 2013-cü il Çərçivə Sazişi çərçivəsində yaradılmış Azərbaycan–UNESCO Etimad Fondu qızların təhsili, gender bərabərliyi, savadlılıq və irsin qorunması layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır.

Nazir əlavə edib ki, UNESCO İcraiyyə Şurası və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu tərəfindən təsdiqlənən Bakı Prosesi vasitəsilə Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində qlobal liderliyini nümayiş etdirir: “Ərazilərimizin işğalı zamanı Azərbaycanın mədəni irsi genişmiqyaslı dağıntılara məruz qalıb. Abidələrin bərpası və qorunması üzrə davam edən səylər milli yenidənqurma və sülh quruculuğunun bir hissəsidir”.

Ceyhun Bayramov vurğulayıb ki, UNESCO millətlər arasında anlaşma və əməkdaşlığın təşviqi üçün həyati əhəmiyyət daşıyan platforma olaraq qalır.

Nazir: Nazir:
Seçilən
5
apa.az

1Mənbələr