AZ

Rusiyanın zenit-raket sistemi və radar stansiyası vurulub

Rusiyanın

Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən son “BUK-M3” zenit-raket sistemini məhv edib və Rostov vilayətindəki “NEBO-U” radar stansiyasını vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri “Telegram”da məlumat yayıb.

Bildirilir ki, xüsusilə, 28 sentyabr gecəsi Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiya Federasiyasındakı “Qara Qığılcım” üsyançı hərəkatı ilə əməkdaşlıq edərək rusların hava hücumundan müdafiə sisteminin iki vacib elementini sıradan çıxaran xüsusi əməliyyatlar keçirib.

“Rostov vilayətində “BUK-M3” zenit-raket sistemi və “NEBO-U” erkən xəbərdarlıq radarı artıq metal qırıntılarına çevrilib”, - deyə açıqlamada qeyd olunur.

Məlumata görə, hər bir sistemin dəyəri bir neçə yüz milyon dollarla hesablanır.

Qeyd edək ki, “BUK-M3” 80 km-ə qədər məsafədəki hədəfləri vura, “NEBO-U” isə 400 km-ə qədər məsafədəki qırıcıları aşkarlaya bilir.

V. QULİYEV
Seçilən
36
1
reyting.az

2Mənbələr